+(99412) 498 76 54 aze | eng | rus

AMKM-in 2013-cü ilin II yarımilində keçirilmiş tədbirlər

XariciTədbirlər.

  İyul:

  1.  29.06 –06.07.2013 tarixdə Ukraynanın Sevastopol şəhərində Dünya Xalq YaradıcılığıTəşkilatının (DXYT) keçirdiyi “Pontiya arenası” elmi konfransında Azərbaycan nümayəndə heyəti iştirak etdi.

 13 ölkə ilə bərabər(Azərbaycan, Kipr, Rusiya, Belarusiya, Litva, İspaniya, Türkiyə, Polşa, Misir,Küveyt, Filippin, Ukrayna, Yaponiya) tədbiri DXYT-nın prezidenti xanım Karmende Padilla açdı.

Xalq yaradıcılığının müxtəlif sahələrini əhatə edən 46 elmi məruzə  dinlənildi. Azərbaycanın məruzəsi “Azərbaycan Mətbəxinin tarixi inkişafı”adlanırdı. Məruzə bütün konfrans iştirakçılarının diqqət mərkəzində olub, geniş  müzakirə obyekti oldu.

Avqust:

  2. 11-14.08.2013-cüil tarixində İsveçin Stokholm şəhərində Avropa münsifləri üçün Qənnadı  sinifləri üzrə keçirilən seminarda Azərbaycan nümayəndə heyəti iştirak etdi. Seminarda  Azərbaycan, Finlandiya, Kanada, İsveçrə, İsveç, ABŞ, Almaniyadan 12 dinləyici  münsif iştirak etdi. Seminarı Qonaqpərvərlik və Kulinariya İncəsənəti məktəbinin instruktoru və Texnologiya İnstitutunun müəllimi Qənnadıçılıq üzrə Ümumdünya Kulinariya Təşkilatları Birliyinin münsifi cənab Kleyton Folkers  aparırdı. Qənnadıçılıq incəsənəti üzrə 12 saat ərzində 100 səhifədən çox   material öyrənildi.

  3.26-31.08.2013-cü il tarixində RF-nın Moskva şəhərində “Ekskluziv”Kulinariya Məktəbində kulinariya sahəsində yeni texnologiyaların öyrənilib ölkəmizə gətirilməsini və Beynəlxalq Çempionatlarda istifadəsini təmin etmək üçün baş direktorun müavini Əsgərova Ceyran “Karameldən ikebanalar” mövzusunda1 həftəlik təhsil almışdır.

  Sentyabr:

4.  31.08.-07.09.2013-cüil tarixində Azərbaycan Milli Kulinariya komandası Yekaterinburq şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak etmişdir. Səfər zamanı  Ural Dövlət Universitetinin tələbələrinin T.İ.Əmiraslanovla görüşü keçirilmişdi. Görüşdə T.İ.Əmiraslanov “İctimai İaşə məhsullarının  texnologiyası” fakültəsinin 1-ci kurs tələbələrinə 4 saatlıq mühazirə oxumuşdu.Yarışda Azərbaycan, Qazaxıstan, Səudiyyə Ərəbistan və Rusiyanın bölgələrindən 8komanda və 200 nəfər aşpaz iştirak edirdi. AMKM-in baş texnoloqu Gülnar  Ələsgərovanın rəhbərliyi altında 3 aşpaz (Anar Qasımov, Alışov ƏliƏşrəf, Ağayev  Rəşad), və qənnadçıdan (Hüseynova Aysel) ibarət Azərbaycan komandası iştirak etdi. Aşpazlar 4 fərdi yarışda iştirak etdilər. Qasımov Anar 1 qızıl medal və Alışov ƏliƏşrəf 1 bürünc medal qazandılar. Qənnadçı Aysel Hüseynova isə 1diplom (4-cü yer) və 1 bürünc medal nəticə göstərdi. T.İ.Əmiraslanov Münsiflər  heyətində təmsil edilmişdi.

5.  Rumınyanın  Avropanın Alternativ Mədəniyyəti Assosiasiyası tərəfindən 06-09.09.2013-cü iltarixində Kluj Napoka şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında  Azərbaycan Kulinariya komandası iştirak etmişdir. Azərbaycan komandası 7sinifdə iştirak edirdi. İlk dəfə çempionata qatılan gənc iştirakçı SərxanHacılı 3 sinifdə 1 qızıl, 2 gümüş, Laçın Əkbərov isə 4 sinifdə 1 qızıl, 1gümüş, 2 bürünc medal qazandı.

T.İ.Əmiraslanov münsiflər heyətinin tərkibində çıxış edirdi.Beləliklə, 7 sinifdə 7 nəticə göstərildi.

6.  14-23.09.2013-cüil tarixində RF-nın Kislovodsk şəhərində keçirilən İaşə MəhsullarınınTexnologiyası üzrə təhsil alan tələbələrin əl işlərinin Ümum  Rusiya Müsabiqəsində Tahir Əmiraslanov iştirak etmişdir.

Ezamiyyət müddətində Kislovodsk texnikomunun I-IV kurs tələbələrinin birləşdirilmiş qruplarına (320-400 nəfər) 20 saat Azərbaycan mətbəxi barədə mühazirə oxunuldu və filmlər nümayiş etdirildi. Texnikumun kitabxanasına kitablar və filmlər təqdim olundu. 

Oktyabr:  

  7.  17-21.10.2013-cü il tarixdə AMKM-in baş direktoru T.İ.Əmiraslanov Özbəkistanın Daşkənd şəhərinə ezam  olunmuşdu. 19.10.2013-cü il tarixdə Kulinariya Kollecində keçirilən kolleclər arası toy plovu müsabiqəsində iştirak olundu. Müsabiqədə münsiflər heyətinə rəhbərlik edildi. Kollecdə Azərbaycan və Azərbaycan mətbəxi ilə bağlı sərgi də keçirildi.Məktəbdə Azərbaycan mətbəxi barədə mühazirələr oxundu, filmlər nümayiş  etdirildi. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov iştirak edirdi.

20.10.2013-cüil tarixdə Tahir Əmiraslanov Qəssabların Çempionatında münsiflər heyətinə rəhbərlik etdi. Yarışan qəssablar heyvan kəsimindən başlayaraq ətin bölünməsinə  kimi bütün əməliyyatları yerinə yetirdilər. Tədbirdə kollec, litsey tələbələri  Özbək mətbəxi sərgisində iştirak etdilər. Tədbirdə Daşkənd Şəhər merinin Imüavini, Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Prezident Aparatının  nümayəndələri Nazirlər Kabinetinin kənd təsərrüfatı departamentinin rəhbərliyivə s. iştirak etdilər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi də tədbirdə  fəal iştirak etdi. Tədbirin sonunda mükafatlandırma mərasimi keçirildi. Bütün tədbir Azərbaycan Musiqisi ilə müşayiət edildi.

Noyabr:

8. 03-10.11.2013-cü il tarixində RF-nın Moskva  şəhərində “Ekskluziv” Kulinariya Məktəbində kulinariya sahəsində yeni  texnologiyaların öyrənilib ölkəmizə gətirilməsini və Beynəlxalq Çempionatlarda  istifadəsini təmin etmək üçün baş texnoloq Ələsgərova Gülnar “Restoran deserti”mövzusunda 1 həftəlik təhsil almışdır.

  9.  Milli  Kulinariya komandası 03-08.11.2013-cü il tarixdə Moldovada keçirilən Beynəlxalq  Kulinariya Çempionatında iştirak etdi. Çempionatda 10 ölkə (Azərbaycan,Moldova, Rumıniya, Türkiyə, Bolqariya, Avstriya, Kipr, Rusiya, Ukrayna,Özbəkistan) iştirak edirdi. Rusiyadan 4 komanda (Rostov, Kostroma, Komi,Moskva) iştirak edirdi.

  Azərbaycan 1 nəfərlə münsiflər heyətində təmsil edilmişdi.

  Komandamız 13 sinif yarışlarda iştirak etdi. Bu yarışlarda  aşağıdakı nəticələr göstərildi:

  Qasımov Anar – 1 qızıl, 1 gümüş, 1 bürünc medal.

  Kazımov Namiq – 1 qızıl, 2 gümüş medal.

  Əkbərzadə Behnam – 2 bürünc medal.

  Abdullayeva Tərlan – 2 bürünc medal, 1 diplom (4-cü yer).

  Beləliklə komandamız 13 sinifdə 12 nəticə (2 qızıl, 5 gümüş,4 bürünc, 1 diplom) göstərdi.

10.  12-19.11.2013-cüil tarixində Azərbaycan Milli Komandası AMKM-in baş direktorunun müavini CeyranƏsgərovanın rəhbərliyi altında 7 nəfərlik heyətlə Malta KulinariyaÇempionatında iştirak etdi. Yarışda 15 yerli otel komandaları və Azərbaycan   komandası iştirak edirdi. Münsiflər heyətində Malta, Yunanıstan, Macarıstan,İtaliya, İngiltərə təmsil edilmişdi. Azərbaycan komandası yarışda 4-cü yeri  qazandı.   

DaxiliTədbirlər

Avqust:

1. 22-26.08.2013-cü il tarixlərindəAMKM-in baş direktoru ƏmiraslanovTahir, baş direktorunun müavini Əsgərova Ceyran, mərkəzin baş texnoloquŞıxəliyeva Aysel Qəbələ rayonuna, Mürəbbə festivalında münsiflər heyəti qismindəiştirak etmişlər. Baş texnoloqu Ələsgərova Gülnar, aparıcı kulinarı MəmmədzadəTünzalə mətbəx toplanması ilə bağlı ezam olundular. Festivalda 9 nominasiyaüzrə 144 çeşiddə mürəbbənin dadına baxılmışdır. 1-ci yerə Oğuz rayonununnümayəndəsinin hazırladığı moruq mürəbbəsi, 2-ci yerə Qəbələ rayonununnümayəndəsinin hazırladığı gül mürəbbəsi, 3-cü yerə isə Ucar rayonunun nümayəndəsihazırladığı ərik mürəbbəsi layiq görülmüşdür.

2. 27.08.2013-cü il tarixindəAzərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlətkomitəsi  “Təhsil və tərbiyə alanların sağlamlığınınetibarlı qorunması və möhkəmləndirilməsində keyfiyyət amili” mövzusundapraktiki konfrans keçirildi. Bu konfransda T.İ.Əmiraslanov “Azyaşlılarınqidalanma xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etdi.

Oktyabr:

3. 1 oktyabr – Azərbaycan RespublikasıOmbudsman tərəfindən Beynəlxalq Ahıllar Gününə həsr olunan “Ahıllarmilli-mənəvi dəyərlərimizin qızıl fondudur” mövzusunda dəyirmi masa keçirildi. BuradaTahir Əmiraslanov “Nənələrimizin mətbəx sirrləri” adlı məruzə ilə çıxış etdi.  

4. 17.10.-26.10.2013-cü il tarixində 3nəfər (AMKM-in baş texnoloqu Ələsgərova Gülnar, Şıxəliyeva Aysel, baş mühəndistexnoloqu Məmmədzadə Tünzalə) Ağcabədi mətbəxinin toplanması ilə bağlıAğcabədidə ezamiyyətdə oldular.

5.20.10.2013-cü il tarixindəBeynəlxalqKulinariya Günü keçirildi. Beynəlxalq Kulinariya Günü Dünyada X, Azərbaycandaisə VII dəfə keçirildi.

20 oktyabr “Beynəlxalq Kulinariya” günü münasibəti ilə 20 oktyabr2012-ci il tarixindən 20 oktyabr 2013-cü il tarixinədək Azərbaycan MilliKulinariya Mərkəzinin fəaliyyətinə dair hesabat verilmişdir.

`Tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzi iləil ərzində əməkdaşlıq edən təşkilat və insanlara diplomlar verilmişdir. 

Noyabr:

6.  31.10.-03.11.2013-cüil tarixində 4 nəfər Göyçayda “Nar” bayramında iştirak etdilər.

Dekabr:

7.  02-07.12.2013-cüil tarixində Abşeron JW Marriott Hoteldə UNESCO-nun Qeyri-Mədəni İrsin qorunmasıüzrə Hökumətlərarası komitəsinin 8-ci sessiyası keçirildi. UNESCO-nuntədbirində Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları çay ənənələriniəks etdirən masa sərgilədi və milli şirniyyatlarımızın hazırlanmasını xariciqonaqlara nümayiş etdirdi. Tədbirdə iştirak edən UNESCO-nun Dünya XalqYaradıcılıq təşkilatının prezidenti Karmen De Padilla regional milli mətbəximizlə tanış edildi, İsmayıllı,Şamaxı bölgələrinə qonaq edildi.

8.  19.12.2013-cüil tarixində Axundov adına Milli kitabxanada tərəfimizdən nəşr olunmuş “Sözmətbəxi” kitabının təqdimatı keçirildi. Təqdimat mərasimində millət vəkilləri vəgörkəmli elm nümayəndələri iştirak etdi, kitab böyük marağa səbəb oldu.Tədbirin sonunda qonaqlara milli şirniyyatlarımız və çay süfrəsi təqdimolundu.   

9.27.12.2013-cü il tarixində 12 saylı Peşə Litseyinin bazasında “Təhsil alan GəncKulinarların I Respublika Çempionatı” keçirilib. Çempionatda 10 təhsilmüəssisəsinin aşpazlıq və texnologiya üzrə təhsil alan tələbələri iştiraketmişdir. Münsiflər, sponsor və təşkilatı dəstək verənlər AMKA-nın və TəhsilNazirliyinin sertifikatları, diplomları ilə mükafatlandırıldılar.

  Çempionatınqalibləri aşağıdakı məktəblərin komandaları oldu:

I-yerin  qalibi: 12 saylı Bakı peşə litseyi- 57 bal

II-yerin  qalibi: 18 saylı peşə məktəbi-52bal

III-yerinqalibi: Azərbaycan  Turizm institutu-48bal

IV-yerinqalibi: Bakı Qida Sənayesi kolleci-45 bal

Təbliğat,Təhsil və Elm sahəsində görülən işlər.

  İyul:

1.  AzərbaycanMilli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası MəhəmmədFüzuli adına Əlyazmalar İnstitutu tərəfindən Nadir Mirzə Qacarın “Karnamə”(Qacarlar dövrünün xörəklərinə dair risalə) adlı kitabı tərcümə və nəşr olunub.

2.  MərkəziAvrasiya Rəhbərlik Akademiyası tərəfindən təqdim olunan “The Cook Book” adlıkitab nəşr olunub. Bu kitabda Azərbaycan mətbəxinin xörəklərindən (çığırtma,göyərti qutabı, dovğa, yarpaq dolması, kütüm ləvəngi, xaş, Şah plov, paxlava)yer alıb.

3.  MTNtərəfindən “Azerbaijani Cuisine” adlı kitab nəşr olundu. Bu kitabda AzərbaycanMilli Mətbəxinin xörəkləri, şirniyyatları, içkiləri yer alıb. Bu kitabınçıxmasında dəstəyə və arxiv materialların və sənədlərin toplanmasındaAzərbaycan Milli Kulinariya Mərkəzinin, Milli Təhlükəsizlik Nazirliyinin,Müəllif Hüquqları Agentliyinin, Milli Elmlər Akademiyasının, Bakı DövlətUniversitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı SlavyanUniversitetinin və Azərbaycan Dillər Universitetinin köməyi oldu.   

Dekabr:

4.  AzərbaycanMilli Kulinariya Mərkəzi tərəfindən Tahir Əmiraslanovun “Söz mətbəxi” kitabınəşr olundu. Bu kitabda dillə bağlı məqalə və dastanlarda sözlərdəki assimilyasiyavə dissimilyasiya qaydalarını nəzərə alaraq bir çoxunun yaranma yolları, xalqdilində işləndikcə dəyişikliklərə uğrayıb son formasını necə almasının izahı vəplov, fisincan, küftə kimi xörəklərin tarixi, etno-mədəni texnoloji-ədəbitəsviri verilib.  

5.  MoldovadaTahir Əmiraslanov və Aynurə Əmiraslanovanın “Azərbaycan Kulinariyası” kitabı nəşrolunub.

6.  Ölkədaxilimətbuatda 5 məqalə və 15 məlumat dərc olunub, televiziyalarda çıxışlar olub.

Hörmətlə Tahir Əmiraslanov

   Başdirektor