+(99412) 498 76 54 aze | eng | rus

AMKM-in 2013-cü ilin I yarımilində keçirilmiş tədbirlər

Ölkə Daxili Tədbirlər.

Yanvar:

1. 15.01.2013-cü il tarixində Azərbaycan Milli  Kulinariya Mərkəzinin məsləhəti və bilavasitə iştirakı ilə ərsəyə gələn, MilliTəhlükəsizlik Nazirliyinin və Azad Azərbaycan Telekanalının birgə layihəsi olan38 dəqiqəlik “Üç nöqtə” filminin təqdimatı keçirildi. Film Milli mətbəximizin ermənilər tərəfindən oğurlanması ilə bağlı məsələlərə həsr edilmişdi. Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin aparatının rəhbəri Fərhad Vahabov, Azad AzərbaycanTelekanalının baş direktoru Vüqar Qaradağlı, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Millət vəkili Qənirə Paşayeva və digərləri  iştirak və çıxış etmişdilər. Sonra AMKA üzvlərinin Kulinariya sərgisi, xüsusilə  Ceyhun Nuriyevin buzdan hazırladığı heykəllər çox xoşa gəldi. MTN ilə AMKM-in  birgə hazırladığı rus dilində nəşr edilmiş “Azərbaycan Mətbəx kitabı”nın təqdimatı  oldu.

2. 15.01.2013-cü il tarixində Milli Kulinariya Mərkəzinin  baş texnoloqu Ələsgərova Gülnar Azərsun Holding şirkətlər qrupunun təşkil  etdiyi Press-konfransda çıxış etdi. Press-konfrans televiziya vasitəsilə, “AçıqQapı” verilişində işıqlandırıldı.

Fevral:

3. 16.02-17.02.2013-cü il tarixində 2 nəfər (AMKM-in  baş direktor müavini  Əsgərova Ceyran, baş texnoloqu Şıxəliyeva  Aysel) Şamaxı mətbəxinin toplanması ilə bağlı Şamaxıda oldular.

4. 21.02-24.02.2013-cüil tarixində 3 nəfər (AMKM-in baş direktor müavini  Əsgərova Ceyran, baş texnoloqu Ələsgərova  Gülnar və Şıxəliyeva Aysel) Şamaxı mətbəxinin toplanması ilə bağlı Şamaxıda  oldular.

Mart:

5. 15.03.2013-cü il tarixində AMKM-in işçiləri Ələsgərova  Gülnar və Abdullayeva Emma Səbail Rayon Mərkəzləşmiş Kitabxanasında keçirilən Novruz  tədbirində iştirak etdilər.  

6. 15.03.2013-cü il tarixində Azərbaycan Dövlət  İqtisad Universitetində Universitetin rektoru və millət vəkili Hacıyev Şəmsəddinin  rəhbərliyi ilə kafedralararası Novruz Mətbəxi müsabiqəsi keçirildi. AMKM tədbirin münsiflər heyətində iştirak etdi və qaliblərə AMKM-in diplomları təqdim edildi. 

7. 19.03.2013-cü il tarixində ölkə Prezidentinin və xanımın iştirakı ilə Dənizkənarı Milli Parkda Novruz bayramı daxilində Novruz mətbəxi sərgisi keçirildi. Bu tədbirdə 11 bölgə (Lənkəran, İsmayıllı, Quba, Şəki, Qəbələ,Şamaxı, Gəncə, AMKM (AMKA), İrəvan, Kəlbəcər, Şuşa) iştirak edirdi. Bu tədbirəMDB ərazisində məşhur olan populyar mətbəx kitablarının müəllifi, Rusiya kanallarında daimi mətbəx verilişləri aparan, kulinar Stalik Xankişiyev də dəvət olunmuşdu. Stalik Xankişiyev Azərbaycan mətbəxinə həsr edilmiş və I yerə layiq görülmüş “Базар, Казан və Дастархан” kitabını prezidentə hədiyyə olaraq təqdimetdi.

Aprel:

8. 17.04.2013-cü il tarixindəAzərbaycan Dövlət Pedaqoji Universiteti Pedaqoji fakültə “Musiqi fənləri və onların tədrisi metodikası”kafedrasının “Milli mətbəximiz və musiqi” mövzusunda keçirdiyi elmi seminarda yüksək dərəcədə çıxışına görə Milli Kulinariya Mərkəzinin Prezidenti professorTahir Əmiraslanov fəxri diplomla təltif edildi.

XariciTədbirlər.

Yanvar:

   1. 19-20.01.2013- cü il tarixdə Monqolustanın Ulan-Bator şəhərində keçirilən Monqolustan Kulinariya Assosiasiyasının (MKA) 20 illik yubiley tədbirində2 nəfərdən ibarət AMKM nümayəndə heyəti iştirak etdi.

  Azərbaycan Milli Kulinariya Mərkəzi,Dünya Kulinariya Təşkilatları Birliyi və YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatıadından təbrik sözünü T.İ. Əmiraslanov söylədi. AMKM tərəfindən MTN-lə birlikdə  hazırlanmış Azərbaycan mətbəxi kitabı və mətbəximizin plaqiatı ilə bağlı çəkilmiş  film, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilmiş Azərbaycan Milli Mətbəx  filmi MKA-na hədiyyə edildi. MKA-nın prezidenti cənab Jançiv Oktyabra AMKA-nın  medalı təqdim edildi.

  T.İ. Əmiraslanova MKA-nın ilk xarici fəxri  üzvü diplomu və medal təqdim edildi.

  AMKA və MKA arasında qarşılıqlı ikitərəfli  əməkdaşlıq barədə müqavilə imzalandı.

   Fevral:

  2. 04-10.02.2013-cüil tarixində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Kulinariya Çempionatı   keçirilmişdir.

Çempionatda 11 ölkə (Azərbaycan,Türkiyə, Serbiya, Rusiya, Xorvatiya, Pakistan, Qazaxıstan, Monqolustan,Yunanıstan, Cənubi Koreya, Moldova ) iştirak edirdi.

Azərbaycandan 7 nəfər aşpaz və Azərbaycan  Milli kulinariya Mərkəzinin baş texnoloqundan ibarət iki komanda Qarabağ və Azərbaycan komandası 11 fərdi yarışda və 4 komanda sinfində  iştirak etdilər. Çempionatda Qarabağ  komandasının tərkibində olan Ələsgərova Gülnar 2 bürünc medal, Kazımov Namiq 1bürünc medal və 1 diplom (4-cü yer),  Rodin Roman 1 diplom (4-cü yer) və Azərbaycan komandasının tərkibində olan AnarQubatov 1 gümüş medal və 1 diplom (4-cü yer), Əsgərov Namiq 1 bürünc medal,Əmiraslanov Abdulla 1 diplom (4-cü yer) qazandılar.

3.  20-24.02.2013-cü il tarixində AMKM-in nümayəndə heyəti Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Kulinariya Kitabları sərgisində iştirak etmişdir.

  Kitab sərgisində  dünyanın bir çox ölkələrindən (Kanada, Çin, Malayziya, İngiltərə, Rusiya və s.)yüzlərcə çap şirkətləri və müəlliflər kulinariya kitablarını nümayiş etdirdilər.Tədbiri dünyanın 22 ölkəsinin tele  şirkətləri işıqlandırdı.

  Azərbaycan  mətbəxinə aid Stalik Xankişiyev tərəfindən yazılmış kitablar Rusiyanın “Astral”(AST) nəşriyyatı tərəfindən nümayiş etdirildi.

  Sərgidə “Bazar, Qazan və Dəstərxan” kitabını dəstəkləmək üçün Moskvadan müəllif Stalik Xankişiyev,nəşriyyatın nümayəndəsi və tərcüməçidən başqa Azərbaycandan 6 nəfərdən ibarət  ezam edilmiş qrup iştirak edirdi. “Humay” qızlar ansamblı bu qrupun tərkibindəidi.

  Tədbirdə   Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyov çıxış etdi. Tədbirdə səfirliyin  işçiləri, Fransadakı Azərbaycan Mədəniyyət evinin rəhbərliyi, diaspora nümayəndələri iştirak edirdilər.

  C01 nominasiyasında “Bazar, Qazan və dəstərxan” kitabıI yerə layiq görüldü. Artıq bu kitab bir çox dillərə tərcümə edilib yayılacaqdır.

    Mart:

4.  19.03.2013-cü il tarixində Türkmənistanın Aşqabad şəhərində3 nəfərdən ibarət AMKM-in nümayəndə heyəti, 11 ölkənin birlikdə keçirdiyi Novruz bayramı tədbirində Azərbaycan Mətbəxini sərgilədi. Burada bir sıra ölkələrin,Türkmənistan prezidenti başda olmaqla prezidentləri iştirak etdilər. Bayram  yüksək səviyyədə keçdi.

 5. 27-29.03.2013-cüiltarixində komandamız Ukraynanın  Kiyevşəhərində keçirilmiş Beynəlxalq  Kulinariya Çempionatında  iştirak  etmişdir.

Azərbaycandan AMKM-in baş   direktorunun müavini Ceyran Əsgərovanın rəhbərliyi altında 3 nəfər aşpazdan  ibarət Azərbaycan Milli Kulinariya Komandası 13 fərdi yarışda və 1 komandasinfində  iştirak etdilər. Çempionatda 6 ölkə iştirak edirdi: Azərbaycan, Ukrayna, Rusiya, Özbəkistan, Fransa,Qazaxıstan.  Azərbaycan münsiflər heyətində təmsil olunurdu. Çempionatda Ağa Aşurov 1 qızıl, 1 gümüş və 2 bürünc medal,Namiq Kazımov 1 qızıl, 3 bürünc medal, Teymur Şıxəliyev 1 qızıl, 2 gümüş, 3bürünc medal qazandılar. Komandamız 14 sinifdə 14 nəticə (3 qızıl, 3 gümüş və 8bürünc) göstərdi.

6.28.03-03.04.2013-cü il  tarixində komandamız Rumıniyanın Yassi  şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak etmişdilər. Azərbaycandan AMKM-in baş texnoloqu Emma Abdullayevanın rəhbərliyi altında 3 nəfər aşpaz   Qubatov Anar, Şahbazov Ziya və Abbasov Aqil və Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Ələsgərova Gülnar Azərbaycan Milli Kulinariya komandası 3 fərdi  yarışda və 1 komanda sinfində iştirak etdilər. Çempionatda 11 ölkə iştirakedirdi: Azərbaycan, Rumıniya, Moldova, Xorvatiya, Malta, Almaniya, Finlandiya,Albaniya, İsrail, Fələstin, Serbiya. Azərbaycanı münsiflər heyətində  Abdullayeva Emma təmsil etdi. Çempionatda Gülnar Ələsgərova 1 qızıl və 1 gümüş medal, Ziya Şahbazov 3 qızıl medal və 1 kubok, Anar Qubatov 2 qızıl medal, Aqil Abbasov 1 qızıl medal qazandılar. Komandamız 4 sinifdə 9 nəticə (1 kubok, 7qızıl, 1 gümüş) göstərdi.

  Aprel:

7. 8-13.04.2013-cü il tarixində R.F-nın Kislovodsk şəhərində  Beynəlxalq Kulinariya Festivalı keçirilmişdir. Azərbaycan komandası 1 komanda yarışında və 8 fərdi sinifdə iştirak etdi. Komanda yarışında Azərbaycan süfrəsinin mövzusu “Qeyri-maddi irsimiz YUNESKO-nun siyahısında” idi. Süfrə xalçanı, süfrənin  ortasındakı səməni Novruz bayramını  -start, başlanğıc yeməyi sazı, əsas yemək muğamı, şirin çörək isə tarı ifadə  edirdi. Yarışlarda 15 komanda (Azərbaycan, Qazaxıstan və RF-in 13 muxtarsubyekti; Kabardin, Balkar, Dağıstan, Stavrapol və s.) 250 iştirakçı iştirak  edirdilər.

Çempionat zamanı təhsilə, sosial  qidalanmaya aid bir neçə elmi konfrans və dəyirmi masalar keçirildi.

Festival Paradla başladı.Komandalar yarış yerindən şəhərin mərkəzi ilə keçərək Filarmoniyaya gəldilər.Paradda 800-dən çox iştirakçı vardı. Filarmoniyada Festivalın açılışı oldu.

Azərbaycan nümayəndəsi Festivaldamüstəqil ekspertlər qrupuna daxil idi.

Azərbaycan komandası fərdiyarışlarda 1 gümüş, 1 bürünc medal, 2 diplom (4 yer), komanda yarışlarında isəkuboku qazandı.

Festival zamanı biz II Beynəlxalq   İslam Festivalı barədə məlumat verdik və dəvətnamələri payladıq.

8.AMKM-in nümayəndə heyəti 24.04.2013-cü il tarixdə “Салон для профессионалов ресторанного бизнеса Sirha Moscow 2013”sərgisi ilə tanış oldu.

  25.04.2013   tarixdə nümayəndə heyəti “Питание и общество” jurnalının 85 illik yubileyində  iştirak etdi, yubileydə Ukraynadan, Serbiyadan, Azərbaycandan və Rusiyadan   qonaqlar iştirak edirdilər. İştirakçılar jurnalın gördüyü işin vacibliyindən, hələdə post sovet məkanında yeganə peşəkar jurnal olduğundan danışırdılar.

  Jurnal  öz tərəfindən mükafatlar verdi. Jurnalın ekspert şurasının üzvü T.İ.Əmiraslanovda diplomla mükafatlandırıldı.

  Jurnalın  təşkil etdiyi furşetdə paxlava, şəkərbura və s. şirniyyatlar nümayiş etdirildi.

  Ezamiyyə   zamanı Rusiya Kulinariya Assosiasiyası ilə Azərbaycanda peşəkar süfrəçi  kuslarının keçirilməsi haqqında razılıq əldə edildi.

Təbliğat,Təhsil və Elm sahəsində görülən işlər.

   Yanvar:

1. 05.01.2013-cü il tarixində Azərbaycan Milli  Kulinariya Mərkəzinin kollektivi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvləri İctimai Telekanalının dəvəti ilə “Səhər” verilişində 1saat efirdə çıxış etdilər. Müzakirə mövzusu standartlaşdırma, metrologiya vəpatient üzrə dövlət agentliyinin qəbul etdiyi ictimai iaşə obyektlərinin,standartın və Parlamentdə müzakirə edilən Mədəniyyət haqqında Qanunun  Kulinariya ilə bağlı hissəsinə aid edildi.

   Fevral:

  2.  Rusiyanın “Моя планета” kanalıilə AMKM-in birgə çəkdiyi “Планета вкуса. Азербайджан” adlı film 20.02.2013-cüil tarixində nümayiş etdirildi.  

3.  “Питание и общество”jurnalının 3-cü sayında Tahir Əmiraslanovun “Halva haqqında dastan” adlı məqaləsi dərc olundu.

Mart:

4.“Питаниеи общество” jurnalının 2-ci sayında Tahir Əmiraslanovun “Musiqi ilə yeməyin əlaqəsi”adlı məqaləsi dərc olundu.

   Aprel:

  5. 02.04.2013-cü il tarixində Tahir Əmiraslanov Azər Qəribovun “Five o,clock”verilişində qonaq oldu.  

6.06.04.2013-cüil tarixində Kempinski oteldə “İB Gənclər” təşkilatında 525 nəfər qarşısında AMKM  tərəfindən mühazirə oxunub.

7.15.04.2013-cüil tarixində Turizm Universitetinin “Qida mühəndisləri” fakültəsinin 5 nəfərIII kurs tələbəsinə təcrübə keçmələrinə mərkəzdə şərait yaradılıb. 

8. Rusiyanın “Моя планета” kanalıilə AMKM-in birgə çəkdiyi “Планета вкуса. Азербайджан   Шеки” “Шекинское пити” adlıfilm 18.04.2013-cü il tarixində nümayiş etdirildi. 

9.«Питаниеи общество» jurnalının 3 (2013) nömrəsində “Paxlava haqqında dastan” adlı məqalədərc etdirilib.

  May:

10. 06.05.2013-cüil tarixində “Heydər Əliyev və Azərbaycanda keyfiyyət  infrostrukturunun  formalaşması” mövzusunda praktiki konfransda  Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov məruzəilə çıxış etdi.

11.   XIX əsrə aid Nadir Mirzənin kulinariya  haqqında yazılmış “Karnamə” kitabı Əlyazmalar İnstitutu ilə birlikdə tərcümə  edilib və çapa hazırlanıb. Azərbaycan mətbəxi ilə bağlı mənbələrin də axtarışı davam    etdirilir.

İyun:

12.   Şəki şəhər İcra Hakimiyyəti regional televiziya kanalı olan “Kanal S” –  in “BuSəhər” verilişində Tahir Əmiraslanovun çıxışı oldu.

13.   Televiziyalarda və radio kanallarında çıxışlar   oldu.

  14. Milli Kulinariya Mərkəzinin dəstəyi və  köməyilə və Milli Mətbəx İrsinin öyrənilməsi, qorunması və təbliği məqsədilə XəzərTV ilə birgə Milli Mətbəximiz layihəsi işlənilib və Ləziz Səyahət adı ilə daimi  olaraq göstərilir. Filmlərin aparıcısı, rejissoru Aynur xanım Talıbovadır və o tərəfimizdən daimi olaraq bu sahədə dəstək alır. Artıq bununla bağlı Ləziz Səyahət Kəlbəcər (2 film Kəlbəcər 1; Kəlbəcər 2), Ləziz Səyahət Göyçay (2 film Göyçay1; Göyçay 2), Ləziz Səyahət Novruz (3 film Novruz 1; Novruz 2; Novruz 3), LəzizS əyahət Abşeron mətbəxi, Ləziz Səyahət  Astara. 

Hörmətlə Tahir Əmiraslanov

   Başdirektor